Əmrə "Başakşəhər"lə yeni müqavilə imzaladı

17:32 - 21 Fevral 2017

Türkiyə millisinin sabiq üzvü Əmrə Bəlözoğlu İsbanbulun "Başakşəhər" klubu ilə yeni müqavilə imzalayıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı "beİn Sports" yayıb. Mənbənin məlumatına görə, 36 yaşlı təcrübəli futbolçu bu gün rəsmi müqaviləyə qol çəkib. Yeni müqavilənin şərtlərinə görə, o, gələn mövsümün sonuna qədər sözügedən komandanın uğurları üçün tər tökəcək.

 

Qeyd edək ki, Əmrə karyerası ərzində "Qalatasaray", "İnter" (Milan), "Nyukasl", "Fənərbaxça" və "Atletiko" kimi komandalarda forma geyinib.

Xəbər xətti