Nelson Bonilya üçün sabiq "Xəzər Lənkəran"lı

16:39 - 24 Fevral 2017

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin məşqçilik fəaliyyətini yenidən bərpa edə bilər. 

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis I liqada müarizə aparan "Qaziantep BB" klubu ilə razılığa gəlib. Onunla 1,5 illik rəsmi müqavilə imzalanacaq. 

 

Maraq üçün əlavə edək ki, "Zirə"nin sabiq bombardiri Nelson Bonilla hazırda "Qaziantep BB"də çıxış edir.

 

Qeyd edək ki,  "Xəzər Lənkəran"da Mustafa Dənizlinin köməkçisi işləmiş, onun gedişindən sonra baş məşqçi təyin olunmuşdu.

Xəbər xətti