"Neftçi"nin hazırlıq planı bəlli oldu

"Neftçi”nin 2019/2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.

 

Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq paytaxt təmsilçisi qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq.

Tarix: 13 May [19:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyul 2019
18  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio