Azərbaycan kuboku: finalın vaxtı dəyişdirildi

22:22 - 17 May 2019

Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək final oyununun saatı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən, dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək. 

 

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq. 

 

Xəbər xətti