"De Rossi kimi futbolçuya "Boka Xuniors"un qapıları açıqdır"

Argentinanın "Boka Xuniors" klubunun idman direktoru Nikolas Burdisso "Roma"dan ayrılacağını açıqlayan Daniele de Rossi ilə bağlı açıqlama verib.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, klub rəsmisi "Boka Xuniors"un qapılarının de Rossiya açıq olduğunu deyib: "Daniele çox yaxşı insandır və onunla dostluğumuz davam edir. Ona gələcəyi adına doğru qərar verməsini arzulayıram. De Rossi kimi futbolçuya "Boka Xuniors"un qapıları açıqdır".

 

Burdisso "Roma"da de Rossi ilə komanda yoldaşı olub.

 

İtaliyalı futbolçu A Seriyasının 38-ci turunda "Parma" ilə matçda son dəfə "Roma" formasını geyinəcək.

Tarix: 20 May [17:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyul 2020
5  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio