Buffon PSJ-dən getdi

20:20 - 5 İyun 2019

Fransanın PSJ klubu qapıçısı Canluici Buffonla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı qapıçı ilə başa çatan müqavilə uzadılmayıb.

 

İtaliyalı qapıçı Paris klubundan yeni müqavilə təklifi alsa da, qəbul etmədiyini açıqlayıb. Buffonun "Yuventus"a qayıdacağı və klub daxilində vəzifədə olacağı gözlənilir.

 

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a 52,8 milyon avroya transfer olmuşdu. İtaliya millisinin sabiq üzvü 17 mövsüm klubda çıxış etdikdən sonra ötən yay PSJ-yə keçmişdi.

 

Xəbər xətti