Çempionlar Liqası: "Ayaks" ilk oyunda APOEL-lə bacarmadı

00:51 - 21 Avqust 2019

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.

 

Azərbaycan çempionu “Qarabağ” III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kipr APOEL-i Hollandiyanın “Ayaks” klubunu qəbul edib. Qarşılaşmada hesab açılmayıb.

 

Mərhələnin ilk oyunları çərçivəsində bu gün daha üç matç baş tutacaq.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

 

LASK (Avstriya) – “Brügge” (Belçika) - 0:1

Qol: Hans Vanaken, 10 (pen.)

 

APOEL (Kipr) – “Ayaks” (Hollandiya) - 0:0

 

ÇFR (Rumıniya) – “Slaviya” (Çexiya) - 0:1

Qol: Lukas Masopust, 28

Xəbər xətti