Pepe "Arsenal"ı seçməyinin səbəbini açıqladı

"Arsenal"ın "Lill"dən 80 milyon avroya transfer etdiyi Nikolya Pepe klub saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü "topçular"ı seçmə səbəbini açıqlayıb:

 

"Unai Emeri fransızca bilir və onunla münasibət qurmaq çox asan oldu. İndi ingiliscə öyrənməyə başlamışam. Bunun mənə yardımı olacaq. "Arsenal"ı ona görə seçdim ki, hədəfləri böyükdür. Klubun Çempionlar Liqasına dönmək xəyalları var və mən də uğura ac insanam. Buna görə də seçimim məntiqlidir. Premyer Liqaya marağım var. Dünyanın ən yaxşı çempionatıdır. Avropa Liqasını qazanmaq bizim hədəfimizdir. Ötən mövsüm finalda uduzduq. Bu mövsümü daha uğurlu keçirmək istəyirik".

 

24 yaşlı vinger Premyer Liqanın ilk iki turunda 63 dəqiqə meydanda olub. Pepe "Arsenal" tarixinin ən bahalı transferidir.

Tarix: 21 Avqust [17:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio