"Fənərbaxça" fransalı futbolçunu transfer etdi

16:18 - 25 Avqust 2019

Fransanın "Marsel" klubundan ayrılan Adil Rami karyerasını "Fənərbaxça"da davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula gələcək. Ramiylə 2 illik müqavilə imzalanacaq.

 

İstanbul klubu meksikalı müdafiəçisi Dieqo Reyeslə müqaviləni qarşılıqlı razılaşma əsasında xitam verdiyini açıqlayıb.

 

"Marsel" Fransa millisinin heyətində dünya çempionluğu yaşamış futbolçunu 2017-ci ildə "Sevilya"dan 6 milyon avroya transfer edib. Adil klubdan icazəsi "Fort Boyard" proqramına qatıldığı üçün ötən günlərdə müqaviləsi ləğv edilmişdi.

 

Xəbər xətti