Nurlan Novruzov "Şerif"ə qarşı oynadı

11:17 - 26 Sentyabr 2019

Moldova kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” Tiraspolda “Şerif”ə 0:1 hesabı ilə uduzub.

 

Nurlan start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

 

Cütün cavab oyunu oktyabrın 30-da keçiriləcək.

Xəbər xətti