"Araz" Belçikada

23:47 - 8 Oktyabr 2019

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz” klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb.

 

Sportal.az xəbər verir ki, Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan son çempion Halle şəhərinə qədər avtobusla təxminən 1 saatlıq yol qət edib.

 

“Horizon” hotelində məskunlaşan "Araz" bu gün oyun öncəsi məşqini yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) keçirib.

 

“Araz” ilk oyununu sabah təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək. “De Bres Arena”da “Halle Gooik”lə matç saat 22:30-da başlayacaq.

 

Xəbər xətti