Elvin Məmmədov - 50

Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Sabah”la səfər matçına kapitan kimi çıxan yarımmüdafiəçi “Qartallar”ın heyətində yubiley – 50-ci oyununu keçirib. O, bu müddətdə 5 qola imza atıb.

 

Elvin Premyer Liqada 47, Azərbaycan kubokunda 3 dəfə “Zirə” forması ilə meydana çıxıb. 2016-cı il yanvarın 31-də çempionatın “Keşlə” ilə ev oyununda (2:1) debüt edən Məmmədov 2015/16 mövsümündə 15 görüşdə (2 qol) iştirak edib. Yarımmüdafiəçi 2016/17 mövsümündə 24 çempionat (3 qol) və 3 kubok görüşündə şans qazanıb. 2 illik fasilədən sonra bu yay “Zirə”yə qayıdan futbolçu cari mövsüm Premyer Liqada 8 dəfə meydana çıxıb.

 

Elvin komandanın heyətində 50 və daha çox oyun keçirən 14-cü futbolçu olub.

 

Tarix: 29 Oktyabr [16:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2019
21  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio