"Trabzonspor" "Neftçi"nin bəyənmədiyi futbolçunu aldı - 1 milyon avroya

15:51 - 11 Dekabr 2019

“Trabzonspor” Türkiyə I Loqasında mübarizə aparan “Eskişehirspor”un futbolçusu Jesse Sekidikanı heyətinə cəlb edib.

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi 23 yaşlı nigeriyalı yarımmüdafiəçi üçün 1 milyon avro təzminat ödəyib.

Sekidika bu ilin yanvarında Antalyadakı təlim məşq toplanışı zamanı “Neftçi”də baxışda olub. Lakin baş məşqçi Roberto Bordin onu bəyənmədiyindən futbolçu ilə müqavilə bağlanmayıb. O, Rumıniyanın “Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) iştirak da edib. Lakin futbolçunun oyunu Roberto Bordini qane etməyib və “Neftçi”dən göndərilib.

Xəbər xətti