"Dinamo" Ramil Şeydayevə əvəzləyici tapdı

16:03 - 25 Dekabr 2019

Ramil Şeydayevlə yolları ayırmağı planlaşdıran Rusiyanın “Dinamo” klubu hücum xəttinə yeni oyunçu almağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi “Jilina”nın hücumçusu Robert Bojeniki transfer etmək istəyir. Paytaxt təmsilçisi 20 yaşlı forvardı satın alma şərti ilə icarəyə götürmək üçün təklif göndərəcək

 

Slovakiya millisinin üzvü Ramil Şeydayevlə birgə "Jilina"da komanda yoldaşı olub. O, bu mövsüm ölkə çempionatında 16 oyunda 3 qol vurub.

Xəbər xətti