Azərbaycanlı futbolçu Gürcüstan klubunda

16:09 - 2 Mart 2020

Gürcüstanın I Divizion təmsilçisi “Şevardeni” azərbaycanlı futbolçu Murad İsmayılzadəni heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Murad Tbilisi klubunda 21 nömrəli formada çıxış edəcək.

 

“İnter”in yetirməsi “Zirə” və “Sabah” klublarında da oynayıb. Murad Azərbaycanın U-17 və U-19 milli komandalarına dəvət alıb.

Xəbər xətti