"Liverpul"a görə "Mançester Yunayted"in təklifini 1 saniyə də düşünmədim"

Qış fasiləsində "Yuventus"dan Dortmund "Borussiya"sına keçən Əmrə Can transferi ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü transfer dönəmində "Mançester Yunayted"ə keçməkdən imtina etdiyini deyib:

 

"Borussiya"dan təklif gələndə çox düşünmədim. Qərarımdan peşman deyiləm. İngiltərədən 3 klub təklif göndərmişdi. "Mançester Yunayted" də məni istəyən klublar arasında idi. Ancaq mən "Liverpul"luyam, bunu qəbul etməyi 1 saniyə də düşünmədim".

 

26 yaşlı yarımmüdafiəçi Dortmund təmsilçisində 7 oyun keçirib, 1 qol vurub. Türk əsilli oyunçu 2014-2018-ci illərdə "Liverpul"da çıxış edib.

 

Tarix: 9 Mart [14:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio