Messi karantinə alınacaq

14:25 - 12 Mart 2020

"Barselona"nın ulduz futbolçusu Lionel Messi Argentinada 14 gün karantinə alınacaq.

 

Sportal.az "TYC Sports"a istinadən xəbər verir ki, buna səbəb Argentina hökumətinin koronavirusa görə xaricdən gələn şəxslərin karantində saxlanılması barədə verdiyi qərardır. Statusundan asılı olmayaraq, bütün idmançılar karantinə alınacaq.

 

Messi DÇ-2022-nin seçmə mərhələsində Ekvador və Boliviya ilə oyunlar üçün milliyə çağırılmışdı. Lakin FIFA seçmə mərhələnin oyunlarını ləğv edib.

Xəbər xətti