İrlandiya millisində yeni baş məşqçi

15:01 - 5 Aprel 2020

İrlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra Stiven Kenni çalışdıracaq. 48 yaşlı mütəxəssis bu postda Mik Makkartini əvəz edib.

 

Makkartinin müqaviləsi iyulun sonu başa çatırdı. Kenni isə 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.

Xəbər xətti