Keçmiş "Neftçi"li "Fənərbaxça"da? - klub prezidentindən açıqlama

17:48 - 25 Aprel 2020

Türkiyənin "Rizəspor" klubunun prezidenti Həsən Qartal adı "Fənərbaxça" ilə hallanan Dario Melnyakla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri "TRT Spor"a açıqlamasında xorvat müdafiəçi üçün İstanbul təmsilçisindən təklif almadıqlarını söyləyib:

 

"Melnyak üçün "Fənərbaxça"dan rəsmi və ya qeyri-rəsmi təklif almamışıq. Ancaq "Fənərbaxça"nın azarkeşləri sosial şəbəkədə mənə çox mesaj yazırlar. "Başqan, Melnyakı bizə göndər", - yazırlar.İndiki planlarımıza görə, Melnyakla davam etməliyik".

 

Melnyak 2016-cı ildə Belçikanın "Lokeren" klubundan "Neftçi"yə 1 illik icarəyə verilmişdi. "Ağ-qaralar"da 10 oyun keçirən Xorvatiya millisinin üzvü ilə müqavilə 6 ay sonra xitam verilmişdi.

 

27 yaşlı oyunçunun "Rizəspor"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

 

Xəbər xətti