Almaniyada koronavirus şoku: Bundesliqanın bərpası uzanacaq?

Almaniyanın "Dinamo" (Drezden) klubunda 2 futbolçunun koronavirus testi müsbət çıxıb.

 

Sportal.az xəbər verir ki, bu səbəbdən II Bundesliqa klubunun üzvləri karantinə alınıb.

 

"Tibb işçiləri ilə danışırıq. Federasiya ilə də danışmışıq, amma gerçək budur ki, 14 gün karantində olacağıq və bu müddətdə məşq keçə, oyuna çıxa bilmərik", - klubun idman direktoru Ralf Miqne bildirib.

 

Almaniyada futbol mövsümünün mayın 16-da bərpa ediləcəyi açıqlanmışdı. Baş verən son hadisədən sonra hansı qərarın veriləcəyi şübhə altındadır.

 

Drezden təmsilçisinin mayın 17-də "Hannover" ilə oyunu planlaşdırılıb.

Tarix: 9 May [23:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio