Alleqri qayıtmaq istəyir

"Yuventus" və "Milan"ın keçmiş çalışdırıcısı Massimiliano Alleqri məşqçliyə qayıtmaq istəyir.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssis yenidən A Seriyasında çalışmaq istəsə də, hazırda ona təklif yollayacaq böyük klub yoxdur.

 

Məlumata görə, italiyalı mütəxəssislə PSJ və "Mançester Yunayted" maraqlanır. Daha öncə Alleqrinin adı "Nyukasl"la hallanırdı.

 

Alleqri 2014-2019-cu illərdə "Yuventus"u çalışdırıb.

Tarix: 26 May [13:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio