Pərdis Fərcad-Azad yeni müqavilə imzaladı

19:01 - 21 İyun 2020

Azərbaycan millisinin keçmiş hücumçusu Pərdis Fərcad-Azad Almaniyanın "Viktoriya Berlin" klubu ilə yeni müqavilə bağlayıb.

 

Sportal.az Berlin klubunun saytına istinadla xəbər verir ki, 32 yaşlı futbolçu 1 illik sözləşmə imzalayıb.

 

 Pərdis ötən ildən oynadığı IV Liqa təmsilçisində 17 matçda 6 qol vurub. O, Azərbaycanda "Sumqayıt", "Keşlə" və "Zirə" klublarında forma geyinib.

Xəbər xətti