Arda Turanın "Barselona" ilə müqaviləsi başa çatdı

2015-ci ildə 34 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya transfer olan Arda Turanın bu gün Kataloniya klubu ilə müqaviləsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusuna sahibdir.

 

Türkiyə millisinin üzvü 2018-ci ildə Türkiyənin "Başakşəhər" klubuna 2,5 illik icarəyə verilmişdi. Təcrübəli futbolçu bu ilin yanvarında İstanbul təmsilçisindən ayrıldıqdan sonra oyun keçirməyib.

 

Arda katalonlarda 55 oyun keçirib, 15 qol vurub və 11 assist edib.

Tarix: 30 İyun [11:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 İyul 2020
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio