Azərbaycan millisinin rəqibi yoxlama oyunları keçirəcək

22:22 - 13 İyul 2020

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Kipr yığması yoxlama oyunları keçirəcək.

 

Sportal.az xəbər verir ki, kiprlilər oktyabrın 7-də evdə Çexiya ilə qarşılaşacaqlar. Bu qarşılaşmadan dörd gün sonra Kipr səfərdə Yunanıstanla qarşılaşacaq.

 

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda Kiprlə yanaşı, Monteneqro və Lüksemburq yığmaları ilə də qarşılaşacaq. Azərbaycan yığmasının Kiprlə ilk oyunu sentyabrın 8-i səfərdə keçiriləcək. Cavab oyunu oktyabrın 13-ü Bakıda baş tutacaq.

Xəbər xətti