"Keşlə" "Səbail"ə qalib gəldi

22:53 - 3 Avqust 2020

Qəbələdə təlim-məşq toplanışında olan “Keşlə” və “Səbail” bu gün yoxlama oyununda üz-üzə gəliblər.

 

Sportal.az xəbər verir ki, qarşılaşma "Keşlə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Keşlə" bundan əvvəl yoxlama matçında "Qarabağ"a uduzub (1:3), "Zirə"yə qalib gəlib (1:0). "Səbail" isə "Qəbələ"ni məğlub edib (2:1).

 

"Səbail" - "Keşlə" 0:2

Qollar: Şəhriyar Əliyev, 45, Vüsal İsgəndərli, 62 (pen.)

Xəbər xətti