Andrea Pirlo Merih Demiralın satılmağını istəmədi

18:06 - 11 Avqust 2020

"Napoli" "Yuventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, Neapol klubu Turin təmsilçisinə bu keçid üçün polşalı hücumçusu Arkadiuş Miliki də verməyə hazır olduğunu bildirib.

 

Ancaq "qoca sinyora"nın yeni baş məşqçisi Andrea Pirlo türkiyəli müdafiəçinin gələcək planlarında gördüyü üçün bu keçidin baş tutmağına imkan verməyib.

 

"Yuventus" Dəmiralı 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer edib.

Xəbər xətti