Kavani addım-addım "Atletiko"ya

01:19 - 11 Sentyabr 2020

PSJ-dən ayrılan Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

 

Sportal.az "Mundo Deportivoya"ya istinadən xəbər verir ki, "Benfika"ya keçməkdən son anda imtina edən uruqvaylı forvard "Atletiko" ilə anlaşmaq üzrədir. Onunla 2+1 illik müqavilə imzalanacağı gözlənilir.

 

33 yaşlı hücumçu 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada  301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.

Xəbər xətti