Abbasov 200-ə çatdı

Azərbaycan Premyer Liqasının III turu “Səbail”in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib. Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Urfan indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.

 

Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.

Tarix: 21 Sentyabr [12:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio