"Şalke" Vaqneri istefaya göndərdi

13:38 - 27 Sentyabr 2020

Bundesliqanın ilk iki turunda məğlub olan "Şalke" baş məşqçisi David Vaqneri istefaya göndərib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

 

Helzenkirxenlilər ilk turda "Bayern"ə (0:8), ikinci turda isə "Verder"ə (1:3) məğlub olub.

 

Almaniyalı mütəxəssis 2019-cu ilin mayından "Şalke"ni çalışdırırdı. Komanda Bundesliqada keçirdiyi son 19 oyunda qələbə qazanmayıb.

Xəbər xətti