Moldova çempionatında 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” səfərdə “Şerif”lə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Millimizin sabiq üzvü bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Qarşılaşmadakı yeganə qolu isə sabiq "Zirə"li Riçard Qadze vurub.
14 turdan sonra 27 xalı olan “Milsami” 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Tarix: 18 Oktyabr [02:03]
|
|
Müəllif: Sportal.az
|