Milli xalını artırdı - FIFA reytinqi

Milli komandanın son 3 oyununun yığmanın FIFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib.

Sporal.az xəbər verir ki, hər 3 qolsuz heç-heçə Canni De Byazinin rəhbərlik etdiyi kollektiv üçün qazancla nəticələnib.

Lyublyanada Sloveniya ilə bərabərlik yığmanın aktivinə 1,8 xal əlavə edib. Millətlər Liqasının V turunda Monteneqro ilə neytral meydanda keçirilmiş ev oyunundakı "sülh" 2,7, qrup mərhələsinin son turunda Lüksemburqla səfər matçında heç-heçə 1 xal qazanmaq anlamına gəlib.

Ümumilikdə millinin qazancı 5,5 xal olub. Bunun növbəti reytinq siyahısında hansı mövqe dəyişikliyinə səbəb olacağı hələlik bəlli deyil. Yığma hazırda 1175 xalla dünyanın 114-cüsüdü.

Tarix: 18 Noyabr [15:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio