Azərbaycan millisi irəliləyəcək

Sloveniyaya qarşı yoldaşlıq, Monteneqro və Lüksemburqla Millətlər Liqası matçlarındakı qolsuz heç-heçələrin Azərbaycan millisinin FIFA sıralamasında irəliləyişinə imkan yaradıb.

 

Sportal.az xəbər verir ki, 5 xal qazanan yığmamız 5 pillə yüksələcək. Son cədvəldə 1175 xalla 114-cü olan yığma növbəti siyahıda 1180 xalla 109-cu yerdə qərarlaşacaq. 108-ci sıradakı Zimbabvenin də eyni 1180 xalı var. Lakin bu ölkənin yığması millimizi 0,12 xal üstələdiyi üçün 1 pillə öncə qərarlaşıb.

FIFA yeni reytinq sıralamasını noyabrın 26-da açıqlayacaq.

Tarix: 20 Noyabr [12:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio