"Sabah" "Səbail"ə qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Spotal.az xəbər verir ki, son oyun gününə bir görüş keçirilib. "Sabah" öz meydanında "Səbail"lə qarşılaşıb. Son 6 görüşdə məğlub ola "futuristlər" bu dəfə qələbbə qazanmağı bacarıb - 2:1. Bu nəticə ilə komanda son sıradan xilas olub.

Oyun daha əvvəl noyabrın 21-nə nəzərdə tutulsa da, qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınmışdı.

Azərbaycan Premyer Liqası
X tur

23 noyabr

16:00. "Sabah" - "Səbail" - 2:1
Qollar:
 Amadu Diallo, 11, Amin Seydiyev, 33 - Rauf Əliyev, 90+5

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Bank Respublika Arena

Tarix: 23 Noyabr [17:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio