Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaq "Qarabağ" səfərə yola düşüb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisini İstanbula aparan təyyarə bir qədər əvvəl yola düşüb.
Noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.