Maradona ilə vida mərasimi keçiriləcək

11:35 - 26 Noyabr 2020

Dünən vəfat edən Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq mərasim Kasa Rosada yerləşən prezident sarayında olacaq.

Argentina hökuməti, Maradona ilə vida mərasimində 1 milyona yaxın insanın olacağını proqnozlaşdırır. Koronavirus pandemiyasına görə insanların çoxluğu nəzərə alınaraq, mərasimin bir neçə gün davam etməsi gözlənilir.

Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

Xəbər xətti