"Real"dan gözlənilməz məğlubiyyət, Madriddə bərabərlik

01:56 - 2 Dekabr 2020

Çempionlar Liqasında V tura start verilib.


Sportal.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçirilib.

Ən gözlənilməz nəticə Ukraynada qeydə alınıb. "Real" "Şaxtyor"a 0:2 hesabı ilə uduzub. Gecənin maraqla gözlənilən qarşılaşmasında "Atletiko" və "Bavariya" Madriddə heç-heçəyə razılaşıb - 1:1.

 

Öz meydanında "Mançester Siti" ilə qolsuz bərabərə qalan "Portu" və "Ayaks"ı minimal hesabla yenən "Liverpul" isə növbəti mərhələyə vəsiqəni təmin edib.


Çempionlar Liqası
Qrup mərhələsi, V tur

A qrupu


21:55. “Lokomotiv” (Rusiya) - “Zalsburq” (Avstriya) - 1:3
Qollar:
 Mirançuk, 79 (pen.) - Berişa, 28, 41, Adeyemi, 81

00:00. “Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya) - 1:1
Qollar:
 Feliş, 26 - Müller, 86 (pen.)

B qrupu

21:55. “Şaxtyor” (Ukrayna) - “Real” (İspaniya) - 2:0
Qollar: Dentinyo, 57, Solomon, 83

00:00. “Borussiya” (Münhenqladbax, Almaniya) - “İnter” (İtaliya) - 2:3
Qollar:
 Plea, 45+1, 76 - Darmian, 17, lukaku, 64, 73

C qrupu

00:00. “Marsel” (Fransa) - “Olimpiakos” (Yunanıstan) - 2:1
Qollar:
 Paye, 55 (pen.), 75 (pen.) - Kamara, 33

00:00. “Portu” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə) - 0:0

D qrupu

00:00. “Liverpul” (İngiltərə) - “Ayaks” (Niderland) - 1:0
Qol:
 Cons, 58

00:00. “Atalanta” (İtaliya) - “Midtyullan” (Danimarka) - 1:1
Qollar:
 Romero, 79 - Şolts, 13

Xəbər xətti