Milli beynəlxalq turnirə dəvət aldı

10:52 - 13 Yanvar 2021

Futzal üzrə Azərbaycan millisi İranda təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İran Futzal Federasiyasının prezidenti Daud Pərhizkar “Tasnim” agentliyinə açıqlamasında bildirib.

 

O, Azərbaycan Futzal Federasiyasından cavab gözlədiklərini söyləyib: “Hələlik bizə cavab verilməyib. Azərbaycan dəvətimizi qəbul etsə, İraq millisini də bu turnirə cəlb etmək üçün danışıq aparacağıq”.

 

Turnirin fevralda keçirilməsi planlaşdırılır.

Xəbər xətti