Roberto Bordin: "Bu, uzun illərdən sonra "Neftçi" üçün tarixi uğur idi"

Moldova millisinə baş məşqçi təyin olunmuş Roberto Bordin müsahibə verib.

 

Sportal.az xəbər verir ki, italyan mütəxəssis vaxtilə "Şerif" (Moldova) və "Neftçi"də birgə çalışdığı insanlara təşəkkür edib:

 

"Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var. Bunlar mənim tərcüməçim və fitness məşqçimdi. Biz artıq bir-birimizi başa düşürük və ümid edirəm ki, bu, yığma ilə işimə də məhsuldar təsir göstərəcək. Bu, o demək deyil ki, digərlərini xatırlamıram. Hər kəsə minnətdaram. Həm "Şerif"də, həm də "Neftçi"də birlikdə işlədiyim insanlara görə də bəxtim gətirib".

 

56 yaşlı baş məşqçi "Neftçi" ilə bağlı gözəl xatirələri olduğunu bildirib: "Mövsümə yüksək notlarla başladıq. İlk yarımildə birinci pillədə idik. Hətta "Qarabağ"la 6 xallıq fərqimiz var idi. Amma mövsümün sonlarına doğru xallar itirməyə başladıq. Nəticədə liderliyi əldən verdik. Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik. Amma bu da uzun illər ərzində "Neftçi" üçün tarixi uğur idi. Avrokuboklarda da eyni hal yaşandı".

 

Roberto Bordin 2018-2020-ci illərdə "Neftçi"ni çalışdırıb.

Tarix: 18 Fevral [12:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Aprel 2021
13  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio