Braziliya kubokunun qalibi müəyyənləşdi

12:57 - 8 Mart 2021

Braziliya kubokunun qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "Palmeyras" ilk oyunda qalib gəldiyi (1:0) "Qremio"nu ikinci final matçında 2:0 hesabı ilə məğlub edib və turnirin qalibi olub.

 

San-Paulu təmsilçisi 4-cü dəfə ölkə kubokunu qazanıb.

Xəbər xətti