"Zirə" Şimali Makedoniya millisinin üzvünü transfer etdi

13:52 - 4 Avqust 2021

"Zirə" yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Georgi Stoilovla müqavilə bağlayıb. Şimali makedoniyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu “Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.

Xəbər xətti