AFFA rəsmisi "Zenit" - "Çelsi" oyununa təyinat alıb

12:06 - 29 Noyabr 2021

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin "Çelsi" komandaları arasında VI tur oyununda UEFA nümayəndəsi olacaq.

 

Qarşılaşma dekabrın 8-ə Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.

Xəbər xətti