Obameyanq "Barselona" yolunda

12:58 - 29 Yanvar 2022

"Arsenal" futbolçusu Pyer-Emerik Aubameyanq üçün təklif alıb.

 

Sportal.az xəbər verir ki, "Barselona" 32 yaşlı hücumçunun xidmətində maraqlıdı. Kataloniya təmsilçisi qabonlu forvardı mövsümün sonunadək icarəyə götürmək istəyir. Hazırda futbolçunun maaşı və icarə müddəti ilə bağlı danışıqlar aparılır.

 

Baş məşqçi Mikel Arteta ilə aralarında baş verən münaqişə üzündən dekabrın əvvəlindən meydana çıxmayan Pyer-Emerik komandanın Dubay toplanışına da aparılmayıb.

Xəbər xətti