"Mançester Siti"dən 5 cavabsız qol - VİDEO

12:07 - 9 May 2022

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Nyukasl"ı qəbul edib. Qarşılaşma Pep Qvardiolanın yetirmələrinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 86-ya yüksəldən "Mançester Sİti" Premyer Liqanın lideridir. "Şəhərlilər" ən yaxın izləyicisi "Liverpul"u 3 xal qabaqlayır. 43 xal toplayan "Nyukasl" isə 13-cü yerdədir.

 

"Mançester Siti" - "Nyukasl" 5:0

Qollar: Rahim Sterlinq, 19, 90+3, Emerik Laport, 38, Rodri, 61, Fil Foded, 90

 

Xəbər xətti