Nazarovun komandası son oyunda qalib gəldi

Almaniya II Bundesliqasında 2021/22 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün son matçında səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

34 oyuna 26 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və aşağı liqaya düşüb.

Tarix: 16 May [10:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio