"Turan Tovuz"dan növbəti transfer

16:44 - 28 İyun 2022

Premyer Liqa təmsilçisi "Turan Tovuz" növbəti transferi açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz klubu Tərlah Əhmədli ilə iki illik müqavilə imzalayıb.

27 yaşlı qolkiperin son klubu "Sumqayıt" olmuşdu. 

"Turan Tovuz" bu gün Kamal Bayramov və Şəhriyar Əliyevin transferini açıqlamışdı. 

Xəbər xətti