"Bavariya" gürcü futbolçu transfer etdi

10:30 - 19 Avqust 2022

"Bavariya" Luka Parkadze ilə 5 illik müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, gürcü yarımmüdafiəçi bir neçə gün əvvəl Münhen klubunun düşərgəsində baxışda olub və məşqçilər korpusunun etimadını qazana bilib.

17 yaşlı futbolçu "Bavariya" ilə müqavilə imzalasa da, növbəti mövsümü "Dinamo"da (Tbilisi) keçirəcək.

Parkadze Gürcüstanın U-17 və U-18 millilərində çıxış edib.

Xəbər xətti