Yamayka millisinin forvardı "Qalatasaray"a keçir

17:18 - 19 Avqust 2022

“Qalatasaray” “Spartak”ın forvardı Şamar Nikolsonu transfer etmək istəyir.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, Türkiyə klubu “Spartak” və futbolçunun agenti ilə danışıqlara başlayıb. Yamayka millisinin forvardı özü “Qalatasaray”da oynamağın əlehinə deyil. Amma Moskva təmsilçisinin forvardın keçidinə icazə verib-verməyəcəyi dəqiq deyil. 

25 yaşlı hücumçu ölkəsində “Boys Toun”da oynadıqdan sonra “Domjale”yə keçib. O, 2022-ci ildə “Şarlerua”dan “Spartak”a keçib.

Xəbər xətti