"Araz Naxçıvan"dan 3 qollu qələbə

18:41 - 24 Yanvar 2023

I Divizionda mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Araz Naxçıvan" yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi MOİK-lə qarşılaşıb. Matç Azər Bağırovun yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

"Araz Naxçıvan"ın heyətində Söhrab Faxrabadi, Tuqay Əlizadə və Ege Atlan Adnan fərqləniblər.

Xəbər xətti