"Zirə"nin yarımmüdafiəçisi Premyer Liqanın digər klubuna keçməyə yaxındır

12:27 - 31 Yanvar 2023

"Şamaxı" növbəti futbolçunun keçidini həll etməyə yaxındır.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubunun danışıq apardığı futbolçu Ramin Əhmədovdur.

Müqavilə ilə "Zirə"yə məxsus olan yarımmüdafiəçinin "Şamaxı"ya keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

21 yaşlı futbolçunun adıçəkilən komandaya icarə əsasında keçməyə daha yaxındır.

Yarımmüdafiənin mərkəzində oynayan Əhmədovun “Zirə” ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. Yarımmüdafiəçi 2021-ci ildə “Zaqatala”dan “Zirə” keçmişdi.

Xəbər xətti