Neymar Peleni keçərək rekorda imza atdı

16:39 - 9 Sentyabr 2023

Braziliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 1-ci turunda doğma meydanda Boliviyanı 5:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşmada iki qol vuran Neymar yeni rekorda imza atıb. 31 yaşlı hücumçu yığmadakı qollarının sayını 78-ə çatdıraraq "sambaçılar"ın bombardiri olub.

Bundan əvvəlki rekord Braziliya millisinin heyətində 77 qol vurmuş mərhum futbolçu Peleyə aid idi. Üçüncü yerdə isə 62 dəfə fərqlənən Ronaldodur.

Xəbər xətti